Venesuelada dağıntılar altından 33 nəfər xilas edildi

Venesuelada dağıntılar altından 33 nəfər xilas edildi

Venesuelada baş verən güclü zəlzələdən sonra aparılan axtarış-xilasetmə əməliyyatları nəticəsində 33 nəfər dağıntılar altından sağ çıxarılıb.

Bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.

Venesuela prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodriqes göstərdikləri dəstəyə görə xarici ölkələrin axtarış-xilasetmə qruplarına minnətdarlığını bildirib.

Qeyd edək ki, təbii fəlakətdən sonra ölkədə 40 minə yaxın insan hələ də itkin düşmüş hesab olunur.

Xatırladaq ki, iyunun 25-nə keçən gecə Venesuelanın şimalında 7,1 maqnitudalı zəlzələ baş verib. ABŞ Geologiya Xidməti (USGS) isə daha sonra cəmi 40 saniyə fərqlə 7,2 və 7,5 maqnitudalı daha iki güclü yeraltı təkanın qeydə alındığını açıqlayıb.

​​​​​​"Cebheinfo.az"