"Qarabağ"ın sabiq qapıçısı "Sabah"a keçdi

"Qarabağ"ın sabiq qapıçısı "Sabah"a keçdi

"Qarabağ"ın sabiq qapıçısı Amin Ramazanov karyerasını "Sabah"da davam etdirəcək.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, tərəflər arasında aparılan danışıqlar müsbət yekunlaşıb və 23 yaşlı qolkiper yeni mövsümdən etibarən Bakı təmsilçisinin formasını geyinəcək.

Qeyd edək ki, Amin Ramazanov son mövsümdə "Qarabağ"ın, eləcə də icarə əsasında çıxış etdiyi "Zaqatala"nın heyətində forma geyinib. Gənc qapıçı daha əvvəl Azərbaycanın aşağı yaş qrupları üzrə milli komandalarına da dəvət alıb.

"Cebheinfo.az"