İspaniya Paralimpiya Komitəsi ilə memorandum imzalandı
Azərbaycan Milli Paralimpiya Komitəsi (MPK) ilə İspaniya Paralimpiya Komitəsi arasında Əməkdaşlıq Memorandumu imzalanıb.
Bu barədə MPK-dan məlumat verilib.
Memorandum iki ölkənin paralimpiya komitələri arasında institusional əlaqələrin möhkəmləndirilməsi, təcrübə mübadiləsinin genişləndirilməsi və paraidmanın inkişafına yönəlmiş birgə təşəbbüslərin həyata keçirilməsi üçün əməkdaşlıq istiqamətlərini müəyyən edir.
Memoranduma əsasən, tərəflər paraidmanın idarə olunması sahəsində qabaqcıl təcrübələrin paylaşılması, idmançılar və məşqçilər üçün birgə təlim-məşq toplanışlarının, seminarların və təhsil proqramlarının təşkili, milli və beynəlxalq klassifikatorların hazırlanması və inkişafı, media, ictimaiyyətlə əlaqələr və marketinq sahələrində bilik mübadiləsinin aparılması, eləcə də paralimpiya hərəkatının milli və beynəlxalq səviyyədə təşviqi istiqamətində əməkdaşlıq edəcəklər.
"Cebheinfo.az"

