Paşinyanla nazirlər yox, müavinlər görüşdülər
Rusiyanın Baş naziri Mixail Mişustin bazar ertəsi günü Yekaterinburqda keçirilən "İnnoprom" beynəlxalq sənaye sərgisində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.
"Cebheinfo.az" xəbər verir ki, Mişustin və Paşinyan arasında keçirilən görüşdə Rusiya tərəfindən Baş nazirin müavini Aleksey Overçuk, "Rosselxoznadzor" rəhbəri Sergey Dankvert, "Rosatom" rəhbəri Aleksey Lixaçev, Rusiya Dəmir Yolları rəhbəri Oleq Belozerov, "Rospotrebnadzor" rəhbəri Anna Popova, xarici işlər nazirinin müavini Mixail Qaluzin, Dövlət katibi və maliyyə nazirinin müavini Aleksey Sazanov, nəqliyyat nazirinin müavini Aleksey Şilo, iqtisadi inkişaf nazirinin müavini Vladimir İliçev, energetika nazirinin birinci müavini Pavel Sorokin, sənaye və ticarət nazirinin müavini Aleksey Qruzdev iştirak ediblər. Görüşün təfərrüatı hələ açıqlanmır.
Xəzər
"Cebheinfo.az"

