Bakıda çökən yol sürücüyə 800 manata başa gəldi - FOTOLAR - VİDEO

Bakıda çökən yol sürücüyə 800 manata başa gəldi - FOTOLAR - VİDEO

Bakının Yasamal rayonu, Ümid Ələkbərov küçəsində yolun çökmüş hissəsi sürücülər üçün təhlükəyə çevrilib.

Oxu.Az-a daxil olan məlumata görə, yoldakı lüklərin ətrafındakı asfalt örtüyündə yaranan çöküntü avtomobillərə ziyan vurur.

Sürücünün sözlərinə görə, avtomobil çuxura düşdükdən sonra iki təkəri yararsız hala düşüb.

"Təkərin biri 400 manatdır. İki təkər də sıradan çıxıb. Ümumilikdə 800 manat ziyan dəyib".

Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.

"Cebheinfo.az"