UEFA FİFA-nın Baloqunla bağlı qərarını sərt şəkildə tənqid etdi

UEFA FİFA-nın Baloqunla bağlı qərarını sərt şəkildə tənqid etdi

UEFA FİFA-nın amerikalı futbolçu Folarin Baloqunun qırmızı vərəqə cəzasını təxirə salmaq qərarına kəskin reaksiya verib.

“Cebheinfo.az” xəbər verir ki, FİFA, ABŞ-nin Belçika ilə 1/8 final matçından əvvəl Folarin Baloqunun qırmızı vərəqə cəzasını təxirə salıb və bu qərar sosial mediada trend mövzusuna çevrilib.

Bir çox futbol azarkeşinin tənqidinə səbəb olan qərarla bağlı UEFA bildirib:

"Dünənki qərar qırmızı xətti keçdi. Futbol, bütün digər idman növləri kimi, ədalətli, dürüst və şəffaf rəqabətin əsasını təşkil edən qaydalara əsaslanır. Bəzən qaydalar şərh oluna bilər. Amma bu halda yox. 

Qırmızı vərəqədən sonra ən azı bir oyunun avtomatik olaraq dayandırılması könüllü seçim deyil və tətbiq olunması üçün səlahiyyətli orqanın qərarı tələb olunmur. Futbol dünyanın ən sevilən idman növüdür. Dünyanın hər yerində eyni qaydalarla oynanıldığı üçün özünəinam yaradır.

Heç bir turnir tamamilə müstəqil deyil və əgər həmin turnir Dünya Kubokudursa, bütövlükdə oyuna müsbət və ya mənfi təsir göstərmək gücünə malikdir. Bu misli görünməmiş, inanılmaz və tamamilə əsassız qərardan şok olduğumuzu bildiririk”. 

Qeyd edək ki, turnirin 1/8 finalındakı  ABŞ-ın rəqibi olan Belçikada Futbol Federasiyasının açıqlamasında deyilirdi: 

"Həmin qaydaların 66.4-cü maddəsində açıq şəkildə göstərilir ki, bir oyunçu və ya komanda rəsmisi birbaşa və ya dolayı yolla qırmızı vərəqə nəticəsində meydandan qovularsa, onlar avtomatik olaraq komandalarının növbəti oyunundan kənarlaşdırılacaqlar. Bundan əlavə, əlavə sanksiyalar tətbiq oluna bilər”.

Nigar
“Cebheinfo.az”