Bu mərkəzlərdə 200 ahıl var

Bu mərkəzlərdə 200 ahıl var

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sosial sifarişləri çərçivəsində respublikanın 6 şəhər və rayonunda ahıllar üçün günərzi qayğı mərkəzləri fəaliyyət göstərir.

"Cebheinfo.az" xəbər verir ki, Bakı, Gəncə, Sumqayıt  şəhərlərində və Lənkəran, Qazax və Tovuz rayonlarında yerləşən bu mərkəzlərdə tənha ahıllara sosial-məişət, sosial-psixoloji, sosial-hüquqi və sosial-mədəni xidmətlər göstərilir. 

Əmək qabiliyyətli ailə üzvləri ilə birgə yaşamayan 200-ə yaxın ahıl günərzi qayğı mərkəzlərinin xidmətləri ilə əhatə olunur.

Gülər 
"Cebheinfo.az"