Trampın varisi görün kim olacaq

Trampın varisi görün kim olacaq

ABŞ vitse-prezidenti Ceymc Devid Vensin Tramp administrasiyasında mövqeyi kəskin şəkildə möhkəmlənib.

“Cebheinfo.az”-ın məlumatına görə, “Axios” nəşri belə yazır. 

Qəzet qeyd edir ki, buna səbəb onun barəsində Trampın fikrinin xeyli yaxşılaşması olub. 

Nəşrin məlumatına görə, Tramp ”Cey Di”nin əla iş gördüyünə inanır və onu prezident vəzifəsində özünün xələfi olacaq əsas namizəd kimi görür. 

“Axios” Vensin mövqeyinin güclənməsini ilk növbədə ABŞ və İran arasında memorandumun uğurla imzalanması ilə əlaqələndirir.

Halbuki may ayının sonunda Amerika mediası, əksinə, Trampın Vensə çox şübhə ilə yanaşdığını yazırdı.

Müşfiq Abdulla 
“Cebheinfo.az”