“İdman prinsipləri tapdalanır": Runi qərara etiraz etdi

“İdman prinsipləri tapdalanır": Runi qərara etiraz etdi

İngiltərə millisi və “Mançester Yunayted” klubunun sabiq ulduzu Ueyn Runi ABŞ hücumçusu Folarin Baloqunun qırmızı vərəqəsinin ləğvinə münasibət bildirib.

“Yeni Sabah” xəbər verir ki, 40 yaşlı veteran forvard FIFA-nın qərarına sərt reaksiya verib:

"O vaxt 3 oyunluq cəza almışdım. Mənə dedilər ki, İsveçrəyə gedib uşaqlarla məşq keçsəm, cəzamı 2 oyuna endirəcəklər. Razılaşdım, amma bunun yanlış olduğunu düşünürdüm. İndiki qərara gəldikdə isə, diskvalifikasiyanı 1 illik təxirə salmaq tam bir rüsvayçılıqdır. Infantino bu qərara görə utanmalıdır. 

İdman prinsipləri tapdalanır. Mən ABŞ-nin rəqibi olsaydım, qəzəblənərdim. Təsəvvür edin, İngiltərə və ya Meksika oyunçusu qırmızı vərəqə alır, o, növbəti matçda oynayacağını gözləyə bilər? Bunun sərhədi haradadır?"

Xatırlatma: ABŞ Prezidenti Donald Tramp FİFA prezidenti Canni İnfantinodan ABŞ hücumçusu Folarin Baloqunun Bosniya və Herseqovina ilə oyunda aldığı qırmızı vərəqəni ləğv edilməsini şəxsən xahiş edib. Nəticədə 1962-ci ildən bəri ilk dəfə Dünya Kubokunda qırmızı vərəqə cəzası ləğv edilib.

"Cebheinfo.az"