Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?

Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Moskvada məsləhətləşmələrdən sonra İrəvana qayıdaraq işə başlayıb.

“Cebheinfo.az” xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasında belə deyilir.

“Moskvada məsləhətləşmələrdən sonra səfir İrəvana qayıdıb və işini davam etdirir. O, Rusiya Gününü qeyd etmək üçün qəbul təşkil edəcək”, - deyə nazirlikdən TASS agentliyinə bildirilib.

Xatırladaq ki, may ayının sonunda Kopırkin Ermənistan rəhbərliyinin Avropa İttifaqı ilə yaxınlaşma addımları ilə bağlı yaranmış narazılıq fonunda məsləhətləşmələr aparmaq üçün Moskvaya çağırılmışdı. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”