Tovuzda yağışdan sonra keçidlərə su doldu - VİDEO

Tovuzda yağışdan sonra keçidlərə su doldu - VİDEO

Qərb bölgəsində ötən gecədən başlayaraq səhər saatlarına qədər fasilələrlə güclü yağıntı qeydə alınıb.

"Cebheinfo.az" xəbər verir ki, leysan və şimşəklə müşahidə olunan qeyri-sabit hava şəraiti nəticəsində Tovuz rayonunun mərkəzində piyada keçidləri və küçələrə su dolub. Bununla belə, ciddi fəsadlar qeydə alınmayıb.

Hazırda keçidlərin təmizlənməsi istiqamətində tədbirlər görülür.

Bölgədə qeyri-sabit hava şəraiti davam edir.

"Cebheinfo.az"