"Qarabağ" futbolçusu Pedro Bikalyo ilə müqavilənin müddətini uzadıb
"Qarabağ" klubu futbolçusu Pedro Bikalyo ilə müqavilənin müddətini uzadıb.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Ağdam təmsilçisi məlumat yayıb.
"Köhlən atlar" braziliyalı yarımmüdafiəçi ilə yeni 3 illik sözləşmə imzalayıb. Razılaşmaya əsasən, Pedro Bikalyo 2029-cu ilin yayına qədər komandanın uğurları üçün mübarizə aparacaq.
2025-ci ildən "Qarabağ"ın formasını geyinən 24 yaşlı oyunçu 51 oyun keçirib və 1 qola imza atıb.
"Cebheinfo.az"

