"UFC Fight Night Baku": Əsas döyüşlərə start verilib
Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turnirində əsas qarşılaşmalar başlayıb.
"Report"un məlumatına görə, ilk olaraq Almaniyanı təmsil edən Abus Maqomedov (84,14) polşalı Mixal Olekseyçukla (84,36) üz-üzə gəlib.
Orta çəkidəki görüşdə A. Maqomedov qələbəyə sevinib. O, birinci raundda vaxtından əvvəl qalib gəlib.
"UFC Fight Night Baku" turniri
Əsas döyüşlər:
Abus Maqomedov (Almaniya) - Mixal Olekseyçuk (Polşa)
İkram Aliskerov (Rusiya) - Bruno Ferreyra (Braziliya)
Asu Almabayev (Qazaxıstan) - Çarlz Conson (ABŞ)
Nazim Sadıxov (Azərbaycan) - Mateus Kamilo (Braziliya)
Şarabutdin Maqomedov (Rusiya) - Mişel Pereyra (Braziliya)
Rafael Fiziyev (Azərbaycan) - Manuel Torres (Meksika)
"Cebheinfo.az"


