Dünya çempionatları tarixində 21 oyun keçirən ikinci qapıçı
DÇ-2026-nın 1/4 finalının İspaniya - Belçika matçı (2:1) Tibo Kurtua üçün əlamətdar olub.
"Cebheinfo.az" xəbər verir ki, 34 yaşlı belçikalı qapıçı mundiallarda 21-ci oyununu keçirib.
Beləliklə, Kurtua qapıçılar arasında dünya çempionatlarında matçların sayına görə fransalı Uqo Lyorisi (20 oyun ) geridə qoyaraq ikinci yerə çıxıb. Bu göstəricidə lider Almaniya yığmasının qolkiperi Manuel Noyerdir (23 oyun).
Qeyd edək ki, Tibo Kurtua İspaniya ilə qarşılaşmanın 71-ci dəqiqəsində, hesab 1:1 olarkən zədə səbəbindən əvəzlənib.
"Cebheinfo.az"

