İran ABŞ ilə birbaşa danışıqlar tələbini təkzib etdi

İran ABŞ ilə birbaşa danışıqlar tələbini təkzib etdi

Rəsmi Tehran danışıqların bərpası üçün ABŞ prezidenti Donald Trampa müraciət etməyib, lakin vasitəçilər vasitəsilə əlaqələrə müsbət yanaşır.

Oxu.Az xəbər verir ki, IRIB teleradioşirkəti adı açıqlanmayan rəsmi mənbəyə istinadən məlumat yayıb.

"Biz Birləşmiş Ştatlarla yeni danışıqlar mərhələsi tələb etməmişik, ancaq İranda vasitəçiləri qəbul etməyə razılıq vermişik", - deyə açıqlamada qeyd olunub. Bundan əlavə, o qeyd edib ki, ötən il ABŞ və İsrail hücumları nəticəsində zədələnmiş nüvə obyektlərinə Beynəlxalq Atom Enerjisi Agentliyinin (AEBA) baxış keçirməsinə icazə verilməyəcək. İran tərəfi hesab edir ki, bu yanaşma BMT Təhlükəsizlik Şurasının qətnamələrinə zidd deyil.

Qeyd edək ki, daha əvvəl ABŞ lideri Donald Tramp İranın ondan danışıqları davam etdirməyi xahiş etdiyini açıqlayıb. O, bu təmaslara etiraz etmədiyini bildirsə də, Tehranla barışığın sona çatdığını düşünür.

"Cebheinfo.az"