Paşinyan sabiq deputatı məhkəməyə verdi
Ermənistanın Baş naziri Nikol Paşinyan keçmiş parlament deputatı Sofiya Ovsepyana qarşı təhqir və böhtan iddiası ilə məhkəməyə müraciət edib.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə “Datalex” portalı məlumat yayıb.
Paşinyan Ovsepyanın onu “zibil” adlandırdığı yazıya görə açıq şəkildə üzr istəməsini və 6 milyon dram (təxminən 16,2 min dollar) təzminat ödəməsini tələb edir. Məbləğin 2 milyon dramı təhqirə, 4 milyon dramı isə böhtan xarakterli ifadələrə görə hesablanıb.
Qeyd edək ki, Ovsepyan 2018-ci ildə Paşinyanın rəhbərlik etdiyi “Mənim Addımım” blokunun siyahısından parlamentə seçilib. O, 2021-ci ildə fraksiyadan ayrılaraq müstəqil deputat kimi fəaliyyət göstərib.
Aişə Abdulova
“Cebheinfo.az”

