Ukrayna əsgərinin yerləşdiyi liman VURULDU
Rusiya Silahlı Qüvvələri Ukraynanın Odessa vilayətində yerləşən İzmail limanına zərbə endirib.
"Cebheinfo.az" xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi bu barədə məlumat yayıb.
Nazirliyin məlumatına görə, zərbə Dunay çayı üzərində yerləşən və Ukrayna Silahlı Qüvvələrinin mühüm alternativ logistika qovşaqlarından biri kimi xarakterizə edilən İzmail limanına endirilib.
Nazirlik hücumun nəticələri barədə onu da qeyd edib ki, zərbə yanacaq-sürtkü yağları anbarlarına, maye yüklərin doldurulması üçün dayaqlara, yanacaq nasos stansiyalarına, silah və hərbi texnikanın saxlanması yerlərinə, eləcə də liman infrastrukturunun idarəetmə mərkəzlərinə vurulub.
Əhməd
"Cebheinfo.az"

