Suda batan 16 yaşlı yeniyetmənin meyiti tapıldı
Ucarda 16 yaşlı yeniyetmə suda boğulub.
"Cebheinfo.az" Report-a istinadən xəbər verir ki, hadisə rayonun Qazyan kəndində qeydə alınıb.
Belə ki, 16 yaşlı gənc Ucarın Qazyan kəndi ərazisindən keçən su arxında boğulub.
Hadisə yerinə hüquq mühafizə orqanları və Fövqaladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunub. Yeniyetmənin axtarışları istiqamətində zəruri işlər davam etdirilir.
***
Ucarda suda batan 2010-cu il təvəllüdlü Elsafa Hacıyevin meyiti tapılıb.
Onun meyiti rayonun Rəstəcə kəndi ərazisindən keçən su arxında batdığı yerdən təxmini 500 metr aralıda tapılıb.
Faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"

