Samirə Əfəndi yenidən “Avroviziya” səhnəsində - VİDEO

Samirə Əfəndi yenidən “Avroviziya” səhnəsində - VİDEO

“Avroviziya-2025” mahnı müsabiqəsinin ikinci yarımfinalında səhnəyə qonaq ulduz qismində 2021-ci ildə ölkəmizi müsabiqədə təmsil edən müğənni Samirə Əfəndi çıxıb.

"Cebheinfo.az" xəbər verir ki, o, gecədə “Kleopatra” mahnısını ifa edərək şou göstərib.

Samirə ilə yanaşı səhnəyə “Avroviziya-2020”də ölkələrini təmsil etməli olan bir sıra müğənnilər də çıxıb.

Qeyd edək ki, Əfəndi sözügedən mahnını 2020-ci ildə pandemiya səbəbindən "Avroviziya" səhnəsində səsləndirə bilməmişdi. O, 2021-ci ildə “Mata Hari” mahnısı ilə 20-ci olub.

"Cebheinfo.az"