Buğda ucuzlaşır
Qlobal buğda qiymətləri 10-17 iyun tarixləri arasında azalıb.
Bu tendensiya həmçinin ABŞ və İran arasında Hörmüz boğazının tam açılmasına səbəb olacaq memorandumun imzalanması ilə bağlı xəbərlərlə də güclənib.
“Cebheinfo.az” xəbər verir ki, "Rusagrotrans" analitik mərkəzi bu barədə məlumat yayıb:
"Fiziki buğda bazarında qiymətlər, ümumiyyətlə, yeni məhsul taxılının kütləvi şəkildə gəlməsinin və ABŞ ilə İran arasında Hörmüz boğazının tam açılmasını nəzərdə tutan memorandumun imzalanmasının təzyiqi altında azalmağa davam edib".
Xüsusilə, analitiklər Rusiyada yeni məhsulun ixrac qiymətlərində azalma qeydə alırlar. Lakin Fransa və Almaniya istisna təşkil edir, burada buğda qiymətləri həftə ərzində müvafiq olaraq ton üçün 5 və 1 dollar artıb.
Bu, qarşıdan gələn isti dalğasının məhsullara mənfi təsir göstərməsi ilə əlaqələndirilir.
Xəzər
“Cebheinfo.az”


