Vasif Əmirova daha yüksək vəzifə verildi

Vasif Əmirova daha yüksək vəzifə verildi

Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) yeni təyinat olub.  

"Cebheinfo.az" xəbər verir ki, Referans-ın əldə etdiyi məlumata görə, bir neçə gün bundan öncə SOCAR-ın Neft Kəmərləri İdarəsinin rəisi vəzifəsindən azad edilən Vasif Əmirov SOCAR-da daha yüksək posta Baş ofisdə Loqistika və İnfrastrukturun idarə olunması Departamentinin direktoru vəzifəsinə təyin edilib.

Xatırladaq ki, Neft Kəmərləri İdarəsinin rəisi vəzifəsinə isə Pərviz İbadullayev təyinat almışdı.

"Cebheinfo.az"