Bir şüşəsi ömrü 12 dəqiqə qısaldır - DİQQƏT

Bir şüşəsi ömrü 12 dəqiqə qısaldır - DİQQƏT

Bir şüşə şəkərli qazlı su ömrü orta hesabla 12 dəqiqə qısalda bilər. 

“Cebheinfo.az” xəbər verir ki, bu barədə İspaniyanın “20minutos” nəşrinə müsahibəsində əczaçı Alvaro Fernandes danışıb.

Fernandesin sözlərinə görə, Miçiqan Universitetinin alimləri bu qənaətə gəliblər. Onların araşdırması müəyyən edib ki, bu cür içkilərdən tez-tez istifadə edən insanlarda 2-ci tip diabet, piylənmə və ürək-damar xəstəliklərinə tutulma riski artır.

Mütəxəssis izah edib ki, qazlı içkilərdən sui-istifadənin ən təhlükəli nəticəsi qanda şəkərin yüksək olmasıdır. Bu patoloji insulində kəskin atlamalara səbəb olur, maddələr mübadiləsini pozur və bədəndə xroniki iltihabı təhrik edir. Bu da öz növbəsində xərçəngə tutulma ehtimalını artıra bilər.

Fernandes rənglər və konservantlar kimi süni əlavələrin təhlükələri barədə də xəbərdarlıq edib. Bu komponentlər bağırsaq mikroflorasının balansını poza, immunitet sistemini zəiflədə və ümumi sağlamlığı pisləşdirə bilər. Mütəxəssis şəkərli içkilərin istehlakını məhdudlaşdırmağa, su və ya orqanizm üçün daha az aqressiv alternativlər seçməyə çağırıb.

Xəzər
“Cebheinfo.az”