Zaxarova: "Rusiya İstanbulda ciddi danışıqlara köklənib"

“Rusiya İstanbulda ciddi danışıqların aparılmasına köklənib”.
APA RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu bu ölkənin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
O deyib ki, Kreml rəhbəri Vladimir Putinin müzakirələrlə bağlı təklifinin kökündə münaqişənin ilkin səbəblərinin aradan qaldırılması, habelə uzunmüddətli və dayanıqlı sülhün təminatıdır.
Zaxarova eyni zamanda ölkəsinin danışıqlarda iştirak edəcək nümayəndə heyətinin artıq İstanbulda olduğunu açıqlayıb.
"Cebheinfo.az"