Ermənistanda "məmur ovu"

Ermənistanın Korrupsiyaya qarşı Mübarizə Komitəsində aparılan araşdırmalar çərçivəsində vəzifəli şəxslər həbs ediliblər.
Belə ki, rüşvət vermək və almaq ittihamı ilə həbs edilən vəzifəli şəxslərin sayı hələlik 11 nəfərdir.
Həbs olunanlar arasında Şenqavit rayon administrasiyasının əməkdaşları var.
“Onlar Korrupsiyaya qarşı Mübarizə Komitəsində aparılan araşdırmalar çərçivəsində həbs ediliblər”,-deyə məlumatda bildirilir.
"Cebheinfo.az"