Ehtiyatsızlıqdan arvadını tir tüfəngi ilə vurdu - YENİLƏNİB

Goranboyda 2001-ci il təvəllüdlü Nəzrin Xudaverdiyeva tir tüfəngindən açılan atəş nəticəsində xəsarət alıb.
"Cebheinfo.az" xəbər verir ki, hadisə rayonun Dəyirmanlar kəndində qeydə alınıb.
Araşdırmalar zamanı N. Xudaverdiyevaya tir tüfəngi ilə ehtiyatsızlıqdan atəş açaraq xəsarət yetirən şəxsin onun həyat yoldaşı olduğu müəyyənləşib.
Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.
***
Gəncə Şəhər Birləşmiş Xəstəxanasından bildirilib ki, 14.05.2025-ci il tarixində saat 20:50 radələrində 2001-ci il təvəllüdlü şəxs (qadın cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Cərrahiyyə şöbəsinə hospitalizasiya olunub.
Qarnın ön divarının daxilə keçmiş deşilmiş yarası diaqnozu təyin edilən pasiyentə zəruri tibbi yardımlar göstərilib.
Hazırda müalicə və müayinəsi müvafiq şöbədə davam etdirilir, vəziyyəti stabil olaraq qiymətləndirilir.
"Cebheinfo.az"