Azərbaycanda şagirdlərin sayı açıqlandı

Azərbaycanda şagirdlərin sayı açıqlandı

2025-2026-cı tədris ilində 107 mindən çox uşaq dövlət məktəbəqədər təhsil müəssisələrində təhsil alıb.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin məlumatında deyilir.

2025-2026-cı tədris ilində ölkə üzrə 107 348 uşaq dövlət məktəbəqədər təhsil müəssisələrində təhsilə cəlb edilib.

2025-2026-cı tədris ili üzrə 131 min 396 uşaq birinci sinfi bitirib.

2025-2026-cı tədris ilində 86 432 uşaq ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarını bitirib.

Bu gün ölkədə 3 946 ümumi təhsil müəssisəsi fəaliyyət göstərir. 2025-2026-cı tədris ilində müəllim heyəti 130 mindən, şagird sayı isə 1 600 000-dən çox olub.

Nigar
“Cebheinfo.az”