Ərdoğan prezidentliyə namizəd olacaq
“Növbəti prezident seçkilərində hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan olacaq”.
“Cebheinfo.az”-ın məlumatına görə, AKP-nin nümayəndəsi Ömər Çelik belə deyib.
Qeyd edək ki, bir müddət öncə Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalı da Ərdoğanın yenidən prezidentliyə namizədliyini irəli sürəcəyi ilə bağlı açıqlama vermişdi.
Bu açıqlamalar Türkiyənin növbədənkənar seçkilərə hazırlaşmasına dair ehtimalları daha da artırıb. AKR-in bələdiyyə seçkilərində məğlubiyyətindən sonra müxalifət fəal şəkildə erkən səsvermə tələb etsə də, hakimiyyət uzun müddətdir ki, bu ehtimalı rədd edir. Vəziyyət isə dəyişib.
Müxalifətdəki Cümhuriyyət Xalq Partiyasından xeyli sayda bələdiyyə sədri həbs edilib və partiyanın özü faktiki olaraq daxili parçalanma ilə üzləşib.
Bu fonda, hakimiyyət orqanlarının növbədənkənar seçkilərin siyasi gündəmə gətirməsi marağa səbəb olub. Hakim koalisiya üçün hazırkı siyasi məqam prezident seçkilərinin keçirilməsi üçün ən əlverişli anlardan biri ola bilər.
Müşfiq Abdulla
“Cebheinfo.az”


