Neçə məktəb təmir olunub?
Ötən illərdən investisiya büdcəsi hesabına əsaslı təmir olunan və ya tikilən 18 ümumi təhsil müəssisəsinin açılışı 2025-2026-cı tədris ilində baş tutub.
“Cebheinfo.az” xəbər verir ki, ölkə üzrə 137-si əsaslı olmaqla, 760 ümumi təhsil müəssisəsində təmir işləri aparılıb.
2025-2026-cı tədris ilində 24 ümumi təhsil müəssisəsində yeni inklüziv siniflər fəaliyyətə başlayıb və tədris ili ərzində ümumilikdə 88 məktəbdə inklüziv təhsil tətbiq olunub.
Nigar
“Cebheinfo.az”


