Rusiya Ermənistanı dalana dirəyir: "Cavab ver"
“Rəsmi Moskva İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakı ilə bağlı müdrik davranmasını gözləyir”.
“Cebheinfo.az” xəbər verir ki, bunu Rusiyanın təşkilatdakı daimi nümayəndəsi Viktor Vasilyev bildirib.
"Ermənistan qərar verməlidir ki, təşkilatda qalır, yoxsa yoxsa başqa bir ssenariyə üstünlük verir", - deyə Vasilyev vurğulayıb.
O əlavə edib ki, Ermənistan hökuməti tezliklə Rusiya tərəfinə yekun cavabını çatdırmalıdır:
Xatırladaq ki, KTMT əvvəllər Qərb ölkələrinin İrəvana qarşı “qeyri-dost hərəkətlərinin” Ermənistan dövləti üçün təhlükə yaratdığı barədə xəbərdarlıq edib. Təşkilat belə bir ssenarinin Cənubi Qafqazda kütləvi iğtişaşlara səbəb olacağına əminliyini ifadə edib.
Ermənistan isə yekun qərarla bağlı mövqeyini açıqlamağa tələsmir.
Xəzər
“Cebheinfo.az”


