56 min insan itkin düşüb

56 min insan itkin düşüb

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinin müavini və Yaxın Şərq, Asiya və Sakit Okean üzrə məsul rəsmisi Xalid Xiari təkcə 2024-cü ildə silahlı qarşıdurmanın baş verdiyi bölgələrdə 56 min insanın itkin düşdüyünü açıqlayıb. 

"Cebheinfo.az" xəbər verir ki, Xiari BMT Təhlükəsizlik Şurasında (BMT TŞ) keçirilən “Silahlı münaqişələrdə mülki əhalinin müdafiəsi” adlı sessiyada Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) hesabatında yer alan məlumatları paylaşıb. 

Xiari bildirib ki, 2019-cu ildə Təhlükəsizlik Şurasının 2474 saylı qətnaməsinin qəbul edilməsindən sonra, BQXK-nın hesabatlarında təkcə 2024-cü ildə 56,000 yeni itkin düşmüş şəxs hadisəsi olduğunu bildirməklə, silahlı münaqişə zonalarında itkin düşdüyü bildirilənlər də daxil olmaqla, münaqişə nəticəsində zərər çəkmiş insanların sayı artmağa davam edib. 

“Münaqişədə itkin düşənlərin tam sayı yoxdur”,- deyən Xiari əlavə etdi ki, vəziyyət "kifayət qədər ağırdır".

 Nigar Hacılı 
"Cebheinfo.az"