Britaniya Baş nazirinin evini yandıran ukraynalılara hökm oxundu

Britaniya Baş nazirinin evini yandıran ukraynalılara hökm oxundu

London məhkəməsi Böyük Britaniyanın Baş naziri Kir Starmerin mülkünə od vurmaqda təqsirli bilinən 2 Ukrayna vətəndaşınının həbs edilməsinə qərar verib.

Bu barədə iyunun 19-da “Bloomberg” agentliyi məlumat yayıb.

Məlumata görə, məhkəmənin hökmü ilə Roman Lavrinoviç 7 il, Stanislav Karpyuk isə 2 il müddətinə azadlıqdan məhrum edilib. Araşdırmalar zamanı məlum olub ki, Baş nazirin avtomobilinə və mülkünə qarşı törədilən yandırma hadisələri “Telegram” messencerindəki anonim bir hesab vasitəsilə koordinasiya edilib.

Xatırladaq ki, London polisi 2025-ci il mayın 13-də Böyük Britaniya Baş nazirinin evində baş verən yanğınla bağlı araşdırmalara başlamışdı. Hadisədən iki gün sonra, mayın 15-də Lavrinoviç Londonun cənub-şərqindəki Sidenhem rayonunda həbs edilərək məhkəmə qarşısına çıxarılmışdı. Mayın 17-də isə cinayətin digər iştirakçısı Karpyuk saxlanılmışdı. Cari ilin iyunun 15-də məhkəmə hər iki şəxsi Starmerin evini yandırmağa cəhd maddəsi ilə təqsirli bilib.

"Cebheinfo.az"