"Şəfa" Nihad Əliyevlə müqavilənin müddətini uzadıb

"Şəfa" Nihad Əliyevlə müqavilənin müddətini uzadıb

"Şəfa" klubu futbolçusu Nahid Əliyev ilə müqavilənin müddətini uzadıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Bakı təmsilçisi məlumat yayıb.

21 yaşlı yarımmüdafiəçi yeni 1 illik anlaşmaya imza atıb.

Azərbaycanın U-21 millisinin üzvü olan N.Əliyev 2025-ci ilin yayından "Şəfa"nın heyətində çıxış edir. O, karyerası ərzində Azərbaycanda "Mingəçevir" və "Turan Tovuz"un da formasını geyinib.

"Cebheinfo.az"