Tramp: "İsrail yerlə-yeksan olardı"
ABŞ Prezidenti Donald Tramp ölkəsinin İsrail ilə münasibətləri barədə danışıb.
O, "Əgər Donald Tramp olmasaydı, İsrail yerlə-yeksan olardı",- deyib.
"Cebheinfo.az" xəbər verir ki, ABŞ-yə məxsus “Axios” xəbər portalına verdiyi müsahibədə ABŞ Prezidenti Tramp İsrail və İsrail Baş naziri Benyamin Netanyahu ilə münasibətlərini qiymətləndirib.
Tramp qeyd edib ki, əgər soruşulsaydı, Netanyahu deyərdi ki, onların hər şeyi, o cümlədən bombalar və silahlar var:
"Amma əgər Donald Tramp olmasaydı, İsrail yerlə-yeksan olardı". Tramp Netanyahu ilə münasibətlərinə də toxunaraq deyib:
"Münasibətlərimiz yaxşıdır, amma onu bir qədər daha məntiqli səviyyədə saxlamalıyıq".
İsrailin Livana hücum etməsinin qarşısını ala bilib-bilməyəcəyi soruşulduqda, Tramp cavab verib: "Bəli, edəcəyəm. Onlar mənə böyük hörmət edirlər və mənim dediyim kimi davranırlar".
Nigar Hacılı
"Cebheinfo.az"

