Anar İsrafilov da TƏBİB-dən getdi

Anar İsrafilov da TƏBİB-dən getdi

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyində (TƏBİB)​ növbəti mühüm kadr dəyişikliyi baş verib.

"Cebheinfo.az" Bakupost.az-a istinadən xəbər verir ki, TƏBİB-in icraçı direktorunun müavini Anar İsrafilov vəzifəsindən ayrılıb.

Bununla bağlı TƏBİB sədri Anar Bayramov əmr imzalayıb.

Qeyd edək ki, TƏBİB-in sabiq icraçı direktoru Vüqar Qurbanov vəzifədən ayrıldıqdan sonra onun səlahiyyətləri müavini Anar İsrafilova həvalə edilmişdi.

"Cebheinfo.az"