Süni göldə boğularaq öldü
Xaçmaz sakini göldə boğularaq ölüb.
"Cebheinfo.az" xəbər verir ki, hadisə iyunun 18-i saat 17 radələrində rayonun Manafoba kəndində baş verib.
1976-cı il təvəllüdlü Hacıbaba Mustafayev həyətindəki süni suvarma gölünə düşərək boğulub.
Onun meyiti sudan çıxarılaraq təhvil verilib.
Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırma aparılır.
"Cebheinfo.az"

