Sabunçuda 12 il əvvəl evi qarət etdikdən sonra qətl törədən şəxsə hökm oxunub

Sabunçuda 12 il əvvəl evi qarət etdikdən sonra qətl törədən şəxsə hökm oxunub

Sabunçuda evi qarət etdikdən sonra onu yaxalayan şəxsi qətlə yetirməkdə təqsirləndirilən Hüseyn Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Firdovsi Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Hüseyn Cəfərov 10 il müddətə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Sabunçu rayon prokurorluğu və rayon polis idarəsinin əməkdaşları tərəfindən həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 12 il əvvəl, 2014-cü ilin 19 noyabr tarixində 1977-ci il təvəllüdlü Hənifə Namiq Naib oğlunun qəsdən öldürülməsi müəyyən olunub.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatına əsasən, həyata keçirilən tədbirlərlə 1990-cı il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı Cəfərov Hüseyn Gülağa oğlunun ictimai-təhlükəli əməlin qarşısının alınması üzrə ictimai borcunu yerinə yetirən Namiq Hənifəyə bıçaqla yetirərək öldürməsinə əsaslı şübhələr müəyyən olunub.

Hüseyn Cəfərova Cinayət Məcəlləsinin 126.3 -cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

"Cebheinfo.az"