Məşhur yutuber məhkəməyə verildi

Məşhur yutuber məhkəməyə verildi

Meksika "YouTube"un ən çox abunə olan kanalının siması olan "MrBeast"-ə qarşı şokolad markasını tanıtmaq üçün qədim arxeoloji ərazilərin görüntülərindən istifadə etdiyinə görə təzminat iddiası qaldırıb.

"Cebheinfo.az" xəbər verir ki, mayın 10-da yayımlanan və 60 milyon dəfə baxılan videoda “MrBeast” ölkənin cənub-şərqindəki Calakmul və Çiçen Itza kimi qədim Maya şəhərlərini gəzib. 395 milyon abunəçisi olan fenomenin videosu “2000 illik qədim məbədləri kəşf etdim” adlanır.

Videoda piramidaya girdikdən sonra "Hökumətin buna icazə verdiyinə inana bilmirəm" deyən “MrBeast” meksikalıların girişi qadağan olunan ərazilərə girdiyi üçün tənqid edilib. İstifadəçilər bu imtiyazlara reaksiya veriblər. Meksika Prezidenti Klaudia Şeinbaum çərşənbə günü youtuberə necə icazə verildiyinə dair izahat tələb edib.

“MrBeast” həmçinin öz markasını "Maya təsdiqlənmiş" kimi tanıtdı. Bu bəyanatlar Milli Arxeologiya və Tarix İnstitutunu rəsmi şikayət verməyə sövq edib.İnstitutdan verilən açıqlamada, "Youtuberlərin və dünya gənclərinin yerli sivilizasiyalarımıza dəyər verməsindən məmnunuq. Bununla belə, bu dəyərləri istismar edənləri qətiyyətlə pisləyirik" deyib.

“Full Circle Media” prodüser şirkətinə verilən icazəyə arxeoloji ərazilərin reklam ticarət nişanlarında istifadə edilməsi daxil edilməyib. İnstitut icazənin şərtlərinə əməl edilmədiyini bildirərək, təzminat ödənilməsini tələb edib.

Yucatan əyalətinin paytaxtı Merida sakinlərini də YouTuber-ə verilən imtiyazlar narahat edib.Bələdçi Jose Elias Aguayo bildirib ki, məhdudiyyətlər hamıya şamil edilməlidir, yerli turistlər, əcnəbilər və biz yerlilərə.

Nigar Hacılı 
"Cebheinfo.az"