Qətərdən gözlənilməz gediş: İranın dondurulmuş...

Qətərdən gözlənilməz gediş: İranın dondurulmuş...

ABŞ və Qətərin, dondurulmuş milyardlarla dollarlıq fondun İranın "humanitar yardım xərcləri" üçün istifadə edilə bilməsi məqsədilə bir plan üzərində işlədikləri iddia olunub.

"Cebheinfo.az" xəbər verir ki, "The Wall Street Journal"ın (WSJ) xəbərinə görə, məsələdən agah olan mənbələr, ABŞ-nin Qətərlə birlikdə "erkən maliyyə stimulu" olaraq, dondurulmuş milyardlarla dollarlıq fondun İranın "humanitar yardım xərcləri" üçün əlçatan edilməsinə yönəlmiş plan hazırladıqlarını irəli sürüb.

Hələlik tamamlanmamış planın, ilk növbədə Qətərdə saxlanılan 6 milyard dollardan başlayaraq, İranın dünya miqyasında dondurulmuş təxminən 100 milyard dollarlıq nağd varlığının bir hissəsinə çıxışını təmin etməyi hədəflədiyi iddia edilir.

Razılaşma çərçivəsində Qətərin, İran Mərkəzi Bankının sifariş etdiyi qida, dərman və digər humanitar yardım ləvazimatlarının dondurulmuş İran varlıqlarından götürülən pulla satın alınmasına icazə verəcəyi önə sürülüb.

Bu varlıqların sanksiyalar səbəbindən xaricdə bloklanmış neft satışından əldə edilən nağd vəsaitlərdən ibarət olduğu bildirilib.

Bu planın, müharibəyə ara verilməsi və Hörmüz boğazının yenidən açılmasına dair razılıqdan sonra ABŞ-nin İranla növbəti iki ay ərzində aparacağı danışıqlarda gündəmə gətirməsi gözlənilən bir çox təklifdən biri olduğu qeyd edilib.

Nigar Hacılı 
"Cebheinfo.az"