Xalq artisti Romanı fəth edir

Xalq artisti Romanı fəth edir

Azərbaycanın Xalq artisti, tanınmış bəstəkar Eldar Mansurov İtaliyaya səfər edib.

Məşhur musiqiçi və hit mahnıların müəllifi, paytaxt Romanın tarixi və simvolik məkanlarını ziyarət edir.

O, səfərindən olan təəssüratlarını özünün rəsmi instaqram hesabında izləyiciləri ilə bölüşüb.

"Cebheinfo.az" xəbər verir ki, bəstəkar Romanın dünyaca məşhur tarixi abidəsi olan Kolizey (Amfiteatr) önündə çəkilmiş fotosunu "Roma" qeydi ilə paylaşıb.

Xalq artistinin bu paylaşımı qısa müddət ərzində izləyicilər və sənətsevərlər tərəfindən böyük maraqla qarşılanıb, çoxsaylı bəyənmə və xoş şərhlər toplayıb. 

Qeyd edək ki, "Bayatılar", "Bəhramnamə" kimi ölməz əsərlərin müəllifi olan Eldar Mansurov yaradıcılığı ilə yanaşı, sosial şəbəkələrdəki aktivliyi və pərəstişkarları ilə mütəmadi olaraq bölüşdüyü maraqlı anları ilə də diqqət mərkəzindədir.

"Cebheinfo.az"