Britaniya Ukraynaya bu silahları göndərəcək - SİYAHI

Britaniya Ukraynaya bu silahları göndərəcək - SİYAHI

Böyük Britaniya Ukraynaya növbəti hərbi yardım paketi ayırmaq niyyətindədir. 

“Cebheinfo.az” “Kiev Independent” agentliyinə istinadən xəbər verir ki, böyük hərbi yardım paketi çərçivəsində Ukraynaya 150 min pilotsuz uçuş aparatı (PUA) və 350-dən çox hava hücumundan müdafiə raketi və radar sistemləri tədarük ediləcək.

Yardım paketinə Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək üçün nəzərdə tutulan “Lightweight Multirole Missile” (LMM) tipli raketlər və yerüstü radar sistemləri daxildir.

Böyük Britaniyanın müdafiə naziri Den Cervis bildirib ki, bu silahlar Ukraynanın Rusiya tərəfindən həyata keçirilən raket və dron hücumlarından müdafiəsinə kömək edəcək.

Təxminən 752 milyon funt-sterlinq dəyərində olan paket dondurulmuş Rusiya aktivlərindən əldə edilən vəsait hesabına maliyyələşdirilir.
Yardımın 2026-cı ilin sonunadək Ukraynaya çatdırılması planlaşdırılır.

Xatırladaq ki, 2022-ci ilin fevralında müharibə başladıqdan bu günə qədər Britaniya Ukraynaya uzaqmənzilli və tankəlehinə raketlər (“Storm Shadow”, “Javelin”, “NLAW” və “Brimstone”), hava hücumundan müdafiə sistemləri (“Starstreak” və “Marlet”, “AİM120”) və artilleriya sistemləri (“Challenger 2” və “AS-90”) tədarük edib.

Yunis Abdullayev 
“Cebheinfo.az”