Suriyada iki əsgər öldürülüb
Suriyanın Hələb əyalətində baş verən hücumda iki əsgər öldürülüb.
"Cebheinfo.az" xəbər verir ki, Suriyanın rəsmi televiziya kanalı Əl-İxbariyyə, cihadçı qrupu “Hayat Tahrir al-Sham” nəzarətində olan Suriya Müdafiə
Nazirliyinin Media və Kommunikasiya İdarəsinə istinadən reportaj yayımlayıb.
Bildirilir ki, hələlik kimliyi müəyyən edilməmiş şəxslər tərəfindən Hələb və Mənbic arasındakı magistral yolda əsgərləri hədəf alan silahlı hücum həyata keçirilib.
Hücumda iki suriyalı əsgərin həlak olduğu bildirilib.
Nigar Hacılı
"Cebheinfo.az"


