Pakistan XİN: ABŞ və İran İsveçrədə texniki məsləhətləşmələr keçirəcək
İslamabad Qarşılıqlı Anlaşma Memorandumunun imzalanmasının davamı olaraq, 21 iyun 2026-cı ildə İsveçrənin Bürgenstok şəhərində texniki səviyyədə danışıqlar keçiriləcək.
Bu barədə Pakistan Xarici İşlər Nazirliyi (XİN) bəyanat yayıb.
"ABŞ və İran nümayəndələri, Pakistan ilə Qətərdən olan vasitəçilərlə birlikdə müzakirələrdə iştirak edəcəklər", - bəyanatda deyilir.
Bildirilib ki, Pakistan vasitəçi rolunda prosesi asanlaşdırmağa davam edəcək:
"Məqsəd (sülh prosesini) inkişaf etdirmək, İslamabadda əldə olunan razılaşmalar əsasında Qarşılıqlı Anlaşma Memorandumunu icrasına başlamaqdır".
"Cebheinfo.az"


