Zelenski Polşanın ali dövlət mükafatından məhrum edildi
Polşa Prezidenti Karol Navrotski Ukrayna Prezidenti Volodimir Zelenskini ölkəsinin ali “Qızıl qartal” ordenindən məhrum edib.
"Cebheinfo.az" xəbər verir ki, Polşa prezidentinin mətbuat xidməti bunun Kiyevin Ukrayna ordusunun bölmələrindən birinə “Ukrayna Üsyançı Ordusunun Qəhrəmanları” adını verməsi olub.
Navoritskinin adından yazılan bəyanatda deyilir ki, Polşa özünün dövlət mükafatının şərəfini qorumaq məcburiyyətindədir.
Zelenskini bu ordenlə 2023-cü ildə prezident Andjey Duda mükafatlandırmışdı. Buna əsas kimi Polşa-Ukrayna münasibətlərinin inkişafına verdiyi töhfə göstərilmişdi.
Polşa prezidentinin qərarına Ukraynadan da reaksiya gəlib. Ölkənin xarici işlər naziri Andrey Sibiqa 2022-ci ildə aldığı “Polşa qarşısında xidmətlərinə görə” ordenindən imtina edib. Sibiqa həmçinin Zelenskinin ordendən məhrum edilməsini “Moskvaya sərf edən strateji səhv” adlandırıb.
Bənzər addımı Ukrayna Prezident Ofisinin rəhbəri Kiril Budanov və Ukraynanın Polşadakı səfiri Vasili Bodnar da atıb.
Ukrayna Üsyançı Ordusu İkinci Dünya Müharibəsi dövründə mövcud olan millətçilərdən ibarət partizan dəstəsi olub.
Onlar əsasən Ukraynanın qərbində Stepan Bandera siyasi nəzarəti altında fəaliyyət göstəriblər. Qruplaşmanın hədəfi SSRİ və nasist Almaniyasından müstəqil Ukrayna dövlətinin yaradılması olub.
Polşa bu qruplaşmanı 1943-1945-ci illərdə polyaklara qarşı kütləvi qırğınlarda ittiham edir. Polşalı tarixçilərin dəyərləndirməsinə görə, bu hadisələr zamanı 30-40 min polyak öldürülüb, Polşa parlamenti isə olan soyqırım kimi tanıyıb.
Ukraynalı tarixçilər də polyakların öldürüldüyünü təsdiqləyirlər, amma bu hadisələr zamanı çoxlu ukraynalının da öldürüdüyünü bildirirlər.
"Cebheinfo.az"


