Azərbaycanın 5 ayda metanol istehsalının həcmi açıqlanıb

Azərbaycanın 5 ayda metanol istehsalının həcmi açıqlanıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda 86,5 min ton həcmində metanol (metil spirit) istehsal olunub.

“Cebheinfo.az”ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, 2025-ci ilin ilk 5 ayı ilə müqayisədə 52,9 % azdır.

Bu ilin iyunun 1-nə 30,3 min ton hazır məhsul qalığı yaranıb.

Qeyd edək ki, Metanol Bakının Qaradağ rayonundakı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Metanol Zavodunda istehsal edilir. 2013-cü ildə istismara verilmiş zavod 2016-cı ildənn SOCAR-ın törəmə müəssisəsi - "SOCAR Metanol" MMC-nin idarəçiliyi altında fəaliyyət göstərir, 2017-ci ilin avqust ayından isə şirkətin mülkiyyətinə keçib. Müəssisə illik 650-700 min ton metanol istehsal etmək gücünə malikdir. İstehsalatda xammal olaraq təbii qaz və duzlaşdırılmış su istifadə olunur.

“Cebheinfo.az”