“Azəriqaz” siyahını açıqladı: Bu şəxslər qazsız qala bilər

“Azəriqaz” siyahını açıqladı: Bu şəxslər qazsız qala bilər

“Azəriqaz” İstehsalat Birliyi istehlakçılara təbii qazın hansı hallarda dayandırıldığını açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, qurumun yaydığı məlumata əsasən, qaz təchizatı bir sıra qanunvericiliklə müəyyən edilmiş hallarda müvəqqəti və ya tam dayandırıla bilər.

Bildirilib ki, istehlakçı tərəfindən ödəniş gecikdirildikdə, yazılı müraciət əsasında, məhkəmə qərarı olduqda, eləcə də müayinə keçirilməsinə maneə yaradıldıqda qazın verilməsi dayandırılır.

Bundan başqa, müayinə və texniki xidmətlə bağlı tələblər yerinə yetirilmədikdə, təhlükə potensiallı obyektlərdə texniki normativ hüquqi aktların tələbləri pozulduqda, qəza işləri və təmir-profilaktika tədbirləri zamanı da qaz təchizatı kəsilə bilər.

Qurum qeyd edib ki, yanğın və ya qaz sızmasının qarşısının alınması məqsədilə, qaz satıcısı ilə müvafiq müqavilə bağlanmadıqda, qaz qurğusu texniki reqlamentlərin tələblərinə cavab vermədikdə, həmçinin dini ekstremizm əleyhinə xüsusi əməliyyatlar aparıldığı hallarda da qazın verilməsi dayandırılır.

Məlumata görə, bu qaydalar “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa əsaslanır.

"Cebheinfo.az"