"Neftçi" braziliyalı futbolçu ilə müqavilə imzaladı

"Neftçi" braziliyalı futbolçu ilə müqavilə imzaladı

"Neftçi" yeni mövsüm üçün növbəti transferini həyata keçirib.

"Cebheinfo.az" "Unikal"a istinadla xəbər verir ki, bu barədə paytaxt təmsilçisi məlumat yayıb.

"Ağ-qaralar" braziliyalı yarımmüdafiəçi Qustavo Klisman Dimaraeş Miranda ilə anlaşıb.

26 yaşlı futbolçu ilə 2+1 illik müqavilə bağlanıb. O, 20 nömrəli formanı geyinəcək.

Karyerasının böyük hissəsini Portuqaliyada keçirən Klisman 2025-ci ildə icarə əsasında Yaponiyanın "Vissel Kobe" klubunda çıxış edib. O, sonuncu klubu "Santa Klara"nın heyətində 74 oyun keçirib, 3 qol və 7 assist müəllifi olub.

"Cebheinfo.az"