İstanbulda hərbi sursat tapıldı 

İstanbulda hərbi sursat tapıldı 

İstanbulun Çatalca rayonundakı Ormanlı çimərliyində vətəndaşlar tərəfindən hərbi sursat tapılıb. 

"Cebheinfo.az" xəbər verir ki, Rusiya-Ukrayna müharibəsi səbəbindən Qara dənizdən axıntı ilə sürüklənərək gəldiyi güman edilən partlayıcı maddə Sahil

Mühafizəsi qrupları tərəfindən geniş təhlükəsizlik tədbirləri altında zərərsizləşdirilib.

Belə ki, mümkün partlayışa qarşı tədbir olaraq bütün sahil xətti boşaldılıb və ictimaiyyət üçün bağlanıb.

Hadisə yerində ekspert qrupları tərəfindən aparılan ilkin araşdırmalar zamanı əşyanın hərbi sursat olduğu müəyyən edilib.

Aşkarlanan hərbi texnikanın dəqiq növünü, dağıdıcı gücünü və mənşəyini müəyyən etmək üçün hərtərəfli araşdırma başlanıb və sahil xətti boyunca təhlükəsizlik patrulları artırılıb.

Əfsanə
"Cebheinfo.az