DÇ-26: Niderland İsveçə qarşı
2026-cı il dünya çempionatında F qrupunun II turunda növbəti oyun keçiriləcək.
"Cebheinfo.az" xəbər verir ki, turun mərkəzi qarşılaşmalarından birində Niderland millisi İsveçlə üz-üzə gələcək.
Görüş bu gün Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Hər iki komanda ilk turda məğlub olmayıb. Niderland Yaponiya ilə 2:2 hesablı heç-heçə edib, İsveç isə Tunis üzərində 5:1 hesablı inamlı qələbə qazanıb.
Qeyd edək ki, F qrupunun digər oyununda Tunis və Yaponiya milliləri qarşılaşacaq.
"Cebheinfo.az"


