Azərbaycanın qadın voleybol millisi İsveç yığmasına uduzdu

Azərbaycanın qadın voleybol millisi İsveç yığmasına uduzdu

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Liqasında mübarizəyə başlayıb.

"Cebheinfo.az" xəbər verir ki, komandamız bu gün Bakıda 1-ci mərhələ çərçivəsində İsveç yığması ilə qarşılaşıb.

Oyun qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, komandamız növbəti oyununu iyunun 7-də Estoniya millisinə qarşı keçirəcək. Sabah isə İsveç və Estoniya kollektivləri üz-üzə gələcəklər.

Oyunun nəticəsi 5 iyun İsveç - Azərbaycan 3:0 (25:19, 25:14, 25:23)

"Cebheinfo.az"