Neslihanın yeni layihəsi bəlli oldu
Məşhur türkiyəli aktrisa Neslihan Atagül ana olduqdan sonra fasilə verdiyi aktrisalıq fəaliyyətinə qayıdır.
"Cebheinfo.az" xəbər verir ki, aktrisa yeni mövsüm üçün bir sıra layihələri dəyərləndirdikdən sonra yenidən “Ay Yapım” şirkəti ilə əməkdaşlığa başlayıb.
Məlumata görə, Atagül prodüser şirkətinin əsas televiziya kanallarından biri üçün hazırladığı iddialı layihədə rol alacaq.
Neslihan Atagül iki il əvvəl “Ay Yapım”la müqavilə imzalasa da, oğlu Əzizə hamilə olduğunu öyrəndikdən sonra çəkilişlərə ara vermişdi. Mart ayında oğlu bir yaşını tamamlayan aktrisa artıq ekranlara qayıtmağa hazırlaşır.
Qeyd edək ki, Neslihan Atagül sonuncu dəfə 2023-cü ildə yayımlanan “Gecenin Ucunda” serialında tamaşaçı qarşısına çıxmışdı. Yeni layihə ilə o, təxminən üç illik fasilədən sonra yenidən televiziya ekranlarında görünəcək.
"Cebheinfo.az"


